AZ

Ağdaşda qəza oldu, xəsarət alanlar var

BAKI, 11 avqust. TELEQRAF

Ağdaşda iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağdaş rayon ərazisində baş verib.

1969-cu il təvəllüdlü Nəbiyev Rəsul Həşim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil 2003-cü il təvəllüdlü Umarov Kənan Elçin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ağdaş rayon sakinləri olan sürücü K.Umarov və avtomobildə olan sərnişin 1960-cı il təvəllüdlü Hüseynova Şəhla müxtəlif dərəcəli xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Seçilən
25
50
teleqraf.com

10Mənbələr