Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən gecə Ağdaş rayon ərazisində baş verib. 1969-cu il təvəllüdlü Nəbiyev Rəsul Həşim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil 2003-cü il təvəllüdlü Umarov Kənan Elçin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ağdaş rayon sakinləri olan sürücü K.Umarov və avtomobildə olan sərnişin 1960-cı il təvəllüdlü Hüseynova Şəhla müxtəlif dərəcəli xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır