AZ

Lyuka Din “Aston Villa” ilə müqaviləsini yenilədi

“Aston Villa”nın 22 yaşlı fransalı sol cinah müdafiəçisi Lyuka Din Birmingem klubu ilə müqavilə müddətini uzadıb.

Arena.az bu barədə “Aston Villa”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Lyuka Din “Lill”in məzunudur. Futbolçu həmçinin PSJ, “Roma” (icarə), “Barselona”, “Everton” və “Aston Villa” üçün çıxış edib.

“Aston Villa” Dini 2022-ci ilin yanvvar ayında “Everton”dan 30 milyon avro məbləğində tamhüquqlu əsasda “şirlər”in düşərgəsinə qatıb.

Geridə qalmış mövsümdə Din “Aston Villa” üçün 46 oyuna 7 məhsuldar ötürmə ilə fərqlənib.

Lyuka 2014-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 52 oyuna çıxıb, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
62
9
arena.az

10Mənbələr