AZ

Sanço "Roma"ya keçə bilər

"Mançester Yunayted"ın cinah hücumçusu Cedon Sanço karyerasını İtaliyada davam etdirə bilır.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçunu öz sıralarında görmək istəyən komandalardan biri İtaliyanın "Roma"sıdır. "Roma" 2025/2026 mövsümü üçün Sançonu icarəyə götürmək təklifi edib.

Ruben Amorimin rəhbərliyi altında komanda planlarında yer almayan Sanço keçən mövsümdə "Çelsi"də icarə əsasında çıxış etmişdi. O, hazırda "Mançester Yunayted" ilə olan müqaviləsini bir mövsüm daha davam etdirəcək. Transfermarkt portalının ekspertləri Sançonun bazar qiymətini 28 milyon avro olaraq qiymətləndirirlər.

Qeyd edək ki, "Roma" 23 avqust tarixində "Bolonya"ya qarşı İtaliya A Seriyasının ilk turunda çıxış edəcək.

Seçilən
37
9
90deqiqe.az

10Mənbələr