UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Msport.az xəbər verir ki, “Qarabağ” da cavab matçına çıxıb. Bakıda “Şkendiya”ya ilə qarşılaşıb. Matç Qurban Qurbanovun komandasının inamlı qələbəsi ilə başa çatıb – 5:1.
Bu qələbə sayəsində Ağdam klubu tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
“Pley-off”da “Qarabağ”ın rəqibi “Ferensvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.
Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
12 avqust
UEFA Çempionlar Liqası
3-cü mərhələ, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) – 5:1
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 – avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) – pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun – 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu