AZ

“Qarabağ” Çempionlar Liqasının “pley-off”una vəsiqə qazanıb

Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Hafta.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına çıxıb.

Komandamız Bakıda "Şkendiya"nı qəbul edib. Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbə sayəsində “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.  Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini də təmin edib.

"Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.

12 avqust

UEFA Çempionlar Liqası

3-cü mərhələ, cavab oyunu

“Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1 

Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1) 

İlk oyun - 1:0

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
69
20
hafta.az

10Mənbələr