AZ

"Qarabağ" darmadağınla pley-offa yüksəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” pley-offa yüksəlib. Metbuat.az-ın məlumatına görə, Ağdam klubu Tofiq Bəhramov stadionunda Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Qonaqlar 10-cu dəqiqədə hesabı açsa da, avtoqol və Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”a böyükhesablı qələbə qazandırıb.Skopyedəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası ümumi 6:1 nəticə ilə mərhələ adlayıb.

“Qarabağ” pley-offda “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək və artıq ən azı Avropa Liqasının Liqa mərhələsində oynayacaq.

Seçilən
64
1
metbuat.az

10Mənbələr