Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Hafta.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına çıxıb.
Komandamız Bakıda "Şkendiya"nı qəbul edib. Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini də təmin edib.
"Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.
12 avqust
UEFA Çempionlar Liqası
3-cü mərhələ, cavab oyunu
“Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun - 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu