Ölkəmizin Keniyadakı səfirliyindən Demokrat.az-a bildiriblər ki, Azərbaycan Milli Məclisi ilə Keniya Senatı arasında dostluq qrupunda iştirak edəcəyi ehtimal olunan Keniya Senatının üzvləri Stevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət ediblər.
Səfir Sultan Hacıyev senatorları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb. Onlara Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründəki fəaliyyətinin və parlament diplomatiyasının önəmi, COP29-a ev sahibliyi zamanı irəli sürülmüş təşəbbüslər, eləcə də WUF13-ə hazırlıq planları haqqında məlumat verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında, həm də ümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti barədə danışılıb.
Sonda tərəflər Azərbaycanın Milli Məclisi ilə Keniyanın Senatı arasında yaradılacaq əməkdaşlığın ölkələr arasında sürətlə inkişaf edən əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.


10Mənbələr
-
xalqqazeti.azKeniya Senatının üzvləri Azərbaycan səfirliyində ( 20320530)
-
turkic.worldAzərbaycan və Keniya parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb ( 20300790)
-
day.azAzərbaycan və Keniya parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb - FOTO ( 20300757)
-
azerbaijan-news.azKeniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar ( 20300562)
-
azertag.azKeniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar ( 20300271)
-
az.trend.azAzərbaycan və Keniya parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb (FOTO) ( 20299854)
-
ikisahil.azKeniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar ( 20299803)
-
demokrat.azKeniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar — FOTOLAR ( 20299788)
-
operativmedia.azAzərbaycan-Keniya Parlamentlərarası Dostluq Qrupunun yaradılması ilə bağlı görüş keçirilib ( 20299566)
-
xalqqazeti.azKeniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar ( 20299404)