Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun cari iliniyununda Keniyaya rəsmi səfərin nəticələrindən biri kimi ikiölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsiilkin olaraq razılaşdırılıb. Bu məsələ Keniyanın ikipalatalıqanunvericilik orqanları Milli Assambleyanın sədri Moses Vetanq'ulavə Senatın sədri Amason Ceffa Kinqi ilə görüşlərdə müzakirəedilib.
Azərbaycanın Keniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə,Azərbaycan Milli Məclisi ilə Keniya Senatı arasında dostluqqrupunda iştirak edəcəyi ehtimal olunan Keniya Senatının üzvləriStevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycanın buölkədəki səfirliyini ziyarət ediblər.
Səfir Sultan Hacıyev senatorları Ulu Öndər Heydər Əliyevinsiyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdəbərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb. OnlaraAzərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründəkifəaliyyətinin və parlament diplomatiyasının önəmi, COP29-a evsahibliyi zamanı irəli sürülmüş təşəbbüslər, eləcə də WUF13-əhazırlıq planları haqqında məlumat verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziriNikol Paşinyanın ötən həftə Vaşinqtonda imzaladığı BirgəBəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında, həm dəümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti barədədanışılıb.
Sonda tərəflər Azərbaycanın Milli Məclisi ilə Keniyanın Senatıarasında yaradılacaq əməkdaşlığın ölkələr arasında sürətlə inkişafedən əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvarolduqlarını ifadə ediblər.