Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sabirabadda baş verən yanğın nəticəsində sahibkara məxsus olan cehizlik malların satıldığı mağaza tamamilə yanıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə zamanı həmin mağazaya bitişik meyvə-tərəvəz məhsulları satılan dükanın kiçik bir hissəsi də ziyan görüb. Baş verən yanğına vaxtında müdaxilə edildiyi üçün yanğının genişlənməsinin qarşısı alınıb.
Hadisə şahidi bildirib ki, mağazanın arxa hissəsində ocaq qalayıblar həmin alov da mağazaya keçib.
Mağaza sahibinin sözlərinə görə, ona 40 min manatlıq ziyan dəyib və mağazanın sığortası olmayıb.
Ətraflı süjetdə:
Sabirabadda yanğın sahibkara 40 min manat ziyan vurdu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.