Sabirabadda baş verən yanğın nəticəsində sahibkara məxsus olan cehizlik malların satıldığı mağaza tamamilə yanıb.
News24.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə zamanı həmin mağazaya bitişik meyvə-tərəvəz məhsulları satılan dükanın kiçik bir hissəsi də ziyan görüb. Baş verən yanğına vaxtında müdaxilə edildiyi üçün yanğının genişlənməsinin qarşısı alınıb.
Hadisə şahidi bildirib ki, mağazanın arxa hissəsində ocaq qalayıblar həmin alov da mağazaya keçib. pizza mizza
Mağaza sahibinin sözlərinə görə, ona 40 min manatlıq ziyan dəyib və mağazanın sığortası olmayıb.
Ətraflı süjetdə: