Sabirabadda baş verən yanğın nəticəsində sahibkara məxsus olan cehizlik malların satıldığı mağaza tamamilə yanıb.
Bakıvaxtı.az xezerxeber.az-a istinadla xəbər verir ki, yanğın zamanı həmin mağazaya bitişik meyvə-tərəvəz məhsulları satılan mağazanın kiçik bir hissəsi də ziyan görüb. Baş verən yanğına vaxtında müdailə edildiyi üçün hadisənin genişlənməsinin qarşısı alınıb.
Buna baxmayaraq sahibkara xeyli miqdarda maddi ziyan dəyib. Əlavə olaraq həmin obyekt siğorta olunmadığı üçün sahibkara dəymiş ziyanın kim tərəfindən ödəniləcəyi məlum deyil.
Mövzu ilə bağlı daha ətraflı videomateriada.