İsrail Husilərə məxsus enerji obyektinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Səna bölgəsi hədəf alınıb.
Qeyd edilib ki, hücum Husi terror rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrar hücumlarına cavab olaraq həyata keçirilib.