İsrail Yəmənin paytaxtı Səna yaxınlığında “Ənsar Allah” hərəkatından olan husilərə məxsus enerji obyektinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, SAXAL İsraildən 2 min kilometr aralıda yerləşən enerji infrastrukturuna zərbələr endirib.
Məlumata görə, zərbələr husilərin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrar hücumlarına, o cümlədən ölkə ərazisinə doğru “yer-yer” tipli raketlər və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq Səna bölgəsinə endirilib.