AZ

İsrail Yəməndəki elektrik stansiyasına zərbə endirməsinin səbəbini açıqlayıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail ordusu Yəməndəki elektrik stansiyasına zərbə endirməsini husilərin təkrarlanan hücumlarına qarşı olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə “Aljezeera” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ordunun bəyanatına əsasən hücumun İsrailə atılan raketlərə və pilotsuz uçuş aparatlarına cavab olaraq həyata keçirildiyi bildirib:

“Husilər 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara cavab olaraq dəfələrlə İsrailə raket və PUA atıblar. İsrail isə cavab olaraq Yəmənin infrastrukturunu, o cümlədən humanitar yardım üçün həyati əhəmiyyət kəsb edən Hodeydə limanını bombalayıb”.

O da qeyd edilir ki, İsrail həmçinin husilərin istifadə etdiyini iddia edərək Yəmənin beynəlxalq hava limanına da hücum edib.

İsrailə atılan husilərin əksər raketləri və PUA-ları zərərsizləşdirilib, lakin bu qarşılıqlı hücumlar İsrailin Qəzza müharibəsinin regional təsirlərini daha da genişləndirib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya da Yəməndə bombardman həyata keçiriblər. Bu, husilərin Qırmızı dənizdən keçən beynəlxalq gəmilərə hücum etməsindən sonra baş verib. Husilər bu addımı İsrailin müharibəsinə və Qəzzaya tətbiq etdiyi blokadaya cavab olaraq atdıqlarını bildiriblər. Hücumlar qlobal ticarət axınını pozub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
23
apa.az

10Mənbələr