AZ

"Laçınım" mahnısının müəllifi mahnıdan qazandığı qonorarı ömürlük orduya bağışladı-ÖZƏL+AÇIQLAMA

" "Laçınım" mahnısının sözlərini mən 1993-cü il may ayının 17-də məskunlaşdığım Qubadlıda, Həkəri çayının sahilində yazmışam. Sözlərin bəstəsi rəhmətlik Məhəbbət Kazımova məxsusdur. Məhəbbət müəllim ilk dəfə bu mahnını 1998-ci ildə, Füzulidə əsgərlərlə birlikdə ifa edib. Mən də efir vasitəsilə görmüşəm ki, Məhəbbət müəllim bu mahnını oxuyur. O vaxt ondan soruşdum ki, bu mahnını sizə kim verib? O dedi ki, mahnı mənə bir polis tərəfindən verilib. Məhəbbət Kazımov bizi üzləşdirdi, məlum oldu ki, bu köklü mənim şeirimdir. Hansısa səbəblərdən gedib Məhəbbət müəllimin əlinə çatıb. Mahnını Əqli Mülkiyyət Agentliyində Məhəbbət Kazımov özü təsdiqlədib. Çünki mahnının musiqisi ona məxsusdur. 2019-cu ildə Əqli Mülkiyyət Agentliyindən məni çağırdılar. Dedilər ki, mahnı Osman Alıoğlu adıyla təsdiqlənib, şəxsiyyət vəsiqəsində isə Osman Alıyev gedirsiniz. Mən yenidən xüsusi şöbədə soyadımı Alıyev soyadı ilə təsdiqlətdirdim. Mahnının söz yazarı və bəstəkarına müəyyən qonorarlar gəlir. Bunu mənə izah edəndə bilmişəm. 51 faiz söz yazarınındır, 49 faiz bəstəkarındır. Mən orada elə bir sənəd imzaladım ki.. Söz yazarı kimi mənə çatan qonorarın ömürlük Azərbaycan ordusunun hesabına köçürülməsini istədim. Sonra məndən Məhəbbət Kazımovun oğlu Rəşidin nömrəsini istədilər. Mən belə hesab edirəm ki, Rəşid o qonorarı alır"
 
Bunu Moderator.az-a açıqlamasında "Laçınım" mahnısının söz yazarı Osman Alıyev deyib. O daha sonra əlavə edib:
 
"Mən şeirlərimi yazanda düşünmürəm ki, kimsə onları oxuyacaq, onlara musiqi yazılacaq. Mən şeirlərimdə ürəyimin duyğularını, döyüntülərini orada qeyd edirəm. Söhbət təkcə "Laçınım"-dan getmir. O ki, qaldı icazəyə... Sözlərimə 13 mahnı var. Mən onların hansına deyə bilərəm ki, sən bu mahnını oxu, sən oxuma?! Bu mənim imkanım xaricindədir. Kim oxuyursa nə xoş! Amma "Laçınım"-ı Məhəbbət yanğısı ilə oxuyan ikinci sənətçi yoxdur" deyə o bildirib.
Seçilən
65
26
moderator.az

10Mənbələr