AZ

"Zeynəb Xanlarova da, Nisə Qasımova da mən öləndən sonra oğluma başsağlığı verməlidir"-FOTO+ÖZƏL

“Uzun müddətdir ki, xəstəyəm. Səhhətim yaxşı deyil. Ürək təzyiqim çox aşağıdır. Düşür, qalxır. Çox əziyyət çəkirəm. Televiziyaya çağırırlar, gedə bilmirəm. Hər kəsin yadına düşürəm, nazirlikdən başqa. Mədəniyyətimizin inkişafı üçün əlimdən gələni etmişəm. Bir ana 3 qızına baxa bilmir, mən "Lalə qızlar ansamblım"-la dünyanı gəzmişəm. Xalq artistiyəm, Prezident Təqüdü alıram. Amma nazirlik mənimlə maraqlanmır. Uşaq-muşağa "Şöhrət" ordeni verirlər. Polad Bülbüloğlu və Əbülfəs Qarayev məni yüksək qiymətləndirib, amma Adil Kərimlidən o diqqəti görməmişəm. Dəfələrlə məktublar yazmağıma baxmayaraq hələ də cavab almamışam. O biri nazirlərin də qəbuluna məktubla getmişəm"
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib:
 
"Mən çox qürurlu insanam. Hələ deyirlər ki, "işə baxılacaq". Nə vaxt baxılacaq? Mən qəbirstanlıqda olanda? Yaşım 90-nı keçib. Bu gündən sabaha ümid yoxdur. Mənim yaşamağa stimulum yoxdur. Mən axı sənətkaram! Ona görə də stressdən xəstələndim. Mən qapılar açmamışam. Bacarmıram, bu da mənim günahımdır. O qədər əziyyətli günlər yaşamışıq ki. İnanın ki, elə yerlərə qastrol səfərlərinə gedirdik ki, orada tövlədə, kolxozda, savxozda oxuyurduq. Özü də bir dəfə yox, dəfələrlə. Qarmon ifaçısı soyuqdan əlinə əlcək geyinird, bir də görürdün ki, düz ifa etmir, müğənni başqa şey oxuyur" deyə o bildirib.
Xalq artisti bildirib ki, bir çoxlarına kömək edib, amma bu gün onu çox az insan yada salır:
 
"Heç kimdən incimirəm. Hər kəsin öz həyatı, işləri var. Bir də görürsən adamın öz doğma övladı onu yada salmır. Rəhilə Bəndəliyeva ayda, həftədə heç olmasa bir dəfə zəng edib maraqlanır. Ansamblımda saz ifaçısı var, o zəng edir. O birlər ayda-ildə bir dəfə ya yığarlar, ya da yox. Kimə yaxşılıq etmişəmsə halal xoşları olsun. Qastrol səfərlərində qızlarıma başqa yer, mənə daha səviyyəli otel verəndə etiraz etmişəm. Mən də gedib onlarla birlikdə qalmışam. Onların yediyi yeməyi yemişəm. Dünyadan da köçəndə heç kimdən küsülü getmək istəmirəm. Mənə bir dəfə Nisə Qasımova ilə bağlı sual verdilər, danışdım, çox peşman oldum. Eşitdim ki, məndən küsüb. Belə də ki, küsür küssün də. Amma o bu yaxınlarda deyib ki, ilk dəfə Ceyran müəllim məni müğənni kimi götürüb. Bunu dilinə alıb deyirsə, demək ki, mənə qarşı o qədər də kinli deyil. Onun haqda pis söz deməmişəm axı. Mən ondan küsülü getdim yaxud o məndən küsülü getdim, burada nə dəyişəcək? Qabiliyyəti varsa mütləq gəlib oğluma basşağlığı verəcək. Təkcə Nisə yox, Zeynəb xanım da oğluma başsağlığı verməlidir. O mənim qarşımda tələbə olub. Bu illər ərzində əlbəttə ki, o da mənimlə maraqlanmalı idi" deyə o bildirib.
Seçilən
43
50
moderator.az

10Mənbələr