BAKI, 17 avqust. TELEQRAF
"Bu gün təslimiyyəti sülh adı ilətəklif edən yalnız bir dövlət var - Rusiya".
Teleqraf xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Könüllülər koalisiyasının videokonfransında belədeyib.
Onun sözlərinə görə, “Kiyevin legitim, demokratik yolla seçilmiş liderləri olmadan Ukrayna ilə bağlı ərazi müzakirəsindən söhbət gedə bilməz” və istənilən ərazi məsələsi həmçinin “təhlükəsizlik təminatları ilə” əlaqələndirilməlidir ki, bura Ukrayna ordusunun maliyyələşdirilməsi də daxildir.
Makron bildirib: “Ukrayna ordusunun yoxluğuna, Ukrayna ordusunun ixtisarına əsaslanan istənilən saziş, sözsüz ki, əməl edilməyəcək qeyri-səmimi razılaşma olardı... Ona görə də Ukrayna ordusunun formatı bu təhlükəsizlik zəmanətlərinin birinci sütunudur”.
Onun sözlərinə görə, Ukraynaya təminatların ikinci “sütunu” Qərb qoşunlarının Ukraynaya yeridilməsidir.
Fransa rəhbəri deyib ki, müttəfiqlər qüvvələrin Ukrayna tərəfdə mövcudluğu üçün bir neçə dövlət cəhbə xəttindən kənar ərazilərdə təlim və logistika sahəsində yardım göstərməyə hazırdır: "Biz bu planı ABŞ-yə təqdim edəcəyik və soruşacağıq ki, onlar bura hansı dərəcədə qoşulmağa hazırdırlar. Çünki ABŞ təhlükəsizlik təminatları masasına oturub və bu təminatlara tərəfdar olduğunu bəyan edib".