AZ

Makron: Rusiyanın Ukrayna üzrə sülh təşəbbüsləri kapitulyasiya deməkdir...

Fransa Prezidenti Rusiyanın təklif etdiyi sülh planını qəbuledilməz hesab edir...

Poliqon xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron videokonfrans formatında keçirilən “İstəklilər Koalisiyası”nın görüşündə bildirib. Fransa prezidenti qeyd edib ki, Rusiyanın Ukrayna üçün irəli sürdüyü sülh təşəbbüsləri əslində kapitulyasiya deməkdir.

“Sülhü kapitulyasiya yolu ilə təklif edən yeganə dövlət Rusiyadır. Heç bir müzakirə Ukraynanın qanuni rəhbərliyi olmadan ərazilərin statusu barədə aparıla bilməz”, deyə Makron vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, hər hansı ərazi qərarları təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır. Bu zəmanətlər Ukrayna ordusunun döyüş qabiliyyətinin qorunmasını və arxa xətt zonalarında Qərb ölkələrinin kontingentinin yerləşdirilməsini əhatə etməlidir.

“Ukrayna ordusu zəmanətlərin birinci sütunudur. İkinci isə müttəfiq qüvvələrin ön cəbhə mövqelərində deyil, arxa zonalarda mövcudluğudur”, deyə Makron fikrini izah edib

Fransa prezidenti əlavə edib ki, sabah ABŞ bu mexanizmlərdə iştirak səviyyəsi barədə məlumat verəcək.

Poliqon.info

Seçilən
48
50
poliqon.info

10Mənbələr