AZ

Mertsin Vaşinqon səfəri nə vaxta qədər davam edəcək?

Almaniya kansleri Fridrix Mertsin Vaşinqtona səfəri qısa olacaq.

Publika.az xəbər verir ki, nu barədə "N-tv" hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət başçısı ABŞ-a təxminən saat 12:00-da (Bakı vaxtı ilə 20:00) gələcək, geri dönüş isə saat 17:00 və ya 18:00-a planlaşdırılıb. Prezident Donald Tramp əvvəlcə ukraynalı həmkarı Volodimir Zelenski ilə, daha sonra isə Avropa dövlət və hökumət başçıları ilə təkbətək danışıqlar aparacaq.

Bildirilib ki, Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi məsələləri və sülh sazişi üzrə danışıqlardan əvvəl atəşkəsin zəruriliyi kimi prosedur məsələlər müzakirə olunacaq.

Seçilən
27
33
publika.az

10Mənbələr