Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən artıq 30-dan çox vətəndaş faydalanıb.
Nazirlikdən XQ-yə bildirilib ki, bu il, iyulun 28-dən Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir.
Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir, yəni:
Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin 6 günü (bazar ertəsi – şənbə) saat 9:00-dan 16:00-dək faydalana bilərlər.
Surdo tərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır.
Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.