"Qarabağ"ın kapitanı Abdullah Zubir "Ferentsvaroş"a qarşı keçirəcəkləri səfər oyunundan sərfəli nəticə ilə qayıdacaqlarına ümid edir.
Offsideplus.az xəbər verir ki, o, bunu oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:
"Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. "Ferentsvaroş"la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.