AZ

Ağcabədidə maye qazdoldurma məntəqəsində partlayış olub, ağır xəsarət alanlar var - Yenilənib

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Poliqon-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb. Vətəndaşlar - 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.

***

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Poliqon.info

Seçilən
7
50
poliqon.info

10Mənbələr