AZ

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Perm diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

"Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib.

Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.

Seçilən
10
5
report.az

10Mənbələr