AZ

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Perm diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

"Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib.

Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.

Seçilən
11
5
operativmm.az

10Mənbələr