AZ

Azərbaycan 7 ayda meyvə-tərəvəz ixracından nə qədər gəlir qazanıb?

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 505 milyon 945,75 min ABŞ dolları dəyərində 490 min 210,91 ton meyvə və tərəvəz ixrac edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 31,8 %, həcmi isə 33 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,17 % təşkil edir.

İyulda isə ölkədən 90 milyon 649,86 min ABŞ dolları məbləğində 88 min 210,45 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni ayına nisbətən müvafiq olaraq 1,8 dəfə və 2 dəfə çoxdur.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Seçilən
10
11
bakivaxti.az

10Mənbələr