Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 34 milyon 761,36 min ABŞ dolları dəyərində 541 min 401,46 ton sement (hazır və ya klinker formasında) ixrac edilib...
Poliqon Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 32,7 % artıb, həcmi isə 27,7 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,87 % təşkil edir.
İyulda isə ölkədən 4 milyon 968,22 min ABŞ dolları məbləğində 78 min 303,91 ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 4,5 % və 4,3 % çoxdur.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.
Poliqon.info