AZ

Ötən ay Azərbaycandan ixrac edilən polipropilenin həcmi təxminən 30 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 39 milyon 280,14 min ABŞ dolları dəyərində 33 min 688,5 ton polipropilen (ilkin formalarda) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 12,5 %, həcmi isə 6,6 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında polipropilenin payı 2,11 % təşkil edir.

İyulda isə ölkədən 11 milyon 408,61 min ABŞ dolları məbləğində 10 min 207,5 ton polipropilen (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq təxminən 19,5 % və 29,4 % çoxdur.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Seçilən
16
1
report.az

10Mənbələr