Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var
Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Prado" markalı minik maşını aşıb. Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. Fakt araşdırılır.