AZ

Avtomobil aşdı, sürücü öldü

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Prado” markalı minik maşını aşıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Fakt araşdırılır.

Seçilən
9
5
heftelik.az

10Mənbələr