Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Prado" markalı minik maşını aşıb.
Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.
Fakt araşdırılır.