AZ

Azərbaycan Premyer Liqasında II tura bu gün yekun vurulacaq

Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.

News24.az- ın məlumatına görə, sonuncu oyunda "Qəbələ" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Paytaxt təmsilçisi ilk turda "Araz-Naxçıvan"la, "qırmızı-qaralar" isə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

25 avqust

19:00. “Qəbələ” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), "Sabah" "Şamaxı"nı, "Araz-Naxçıvan" "Turan Tovuz"u (hər ikisi 2:1) məğlub edib.


Seçilən
40
10
news24.az

10Mənbələr