AZ

Premyer Liqada II tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, sonuncu oyunda “Qəbələ” “Zirə”ni qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Paytaxt təmsilçisi ilk turda “Araz-Naxçıvan”la, “qırmızı-qaralar” isə “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Premyer Liqa

1-ci dövrə, II tur

25 avqust

19:00. “Qəbələ” – “Zirə”

Hakim-inspektor: Vüsal Əliyev.

Qəbələ şəhər stadionu

​​​​​​"Cebheinfo.az"

Seçilən
5
8
cebheinfo.az

10Mənbələr