Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.
Sonuncu oyunda "Qəbələ" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Paytaxt təmsilçisi ilk turda "Araz-Naxçıvan"la, "qırmızı-qaralar" isə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.
Misli Premyer Liqası
1-ci dövrə, II tur
25 avqust
19:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), "Sabah" "Şamaxı"nı, "Araz-Naxçıvan" "Turan Tovuz"u (hər ikisi 2:1) məğlub edib.