Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Missiya.Az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Vladimir Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə həmkarına məlumat verib. Məsud Pezeşkian isə Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
Tərəflər arasında ikitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən enerji və nəqliyyat sahələrində müzakirələr aparılıb.
Bundan əlavə, İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda baş verən hadisələrə də toxunulub.
Nurlana ƏhmədovaMissiya.Az