AZ

Putin və Pezeşkian Cənubi Qafqazı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

APA Kremlə istinadən xəbər verir ki, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran Prezidentinə məlumat verib.

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.

İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub.

İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub.

Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılmasını və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.

​​​​​​"Cebheinfo.az"

Seçilən
62
14
cebheinfo.az

10Mənbələr