AZ

Putin Pezeşkianla Cənubi Qafqazı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

 

Senzor.az bildirir ki, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran Prezidentinə məlumat verib.

 

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.

 

İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub.

 

İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub.

 

Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılmasını və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.

Seçilən
55
14
senzor.az

10Mənbələr