AZ

Ukraynada bu kişilərə şərt qoyuldu Vacib detal

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

18-22 yaş arası kişilər hərbi qeydiyyat sənədi olmadan Ukraynanı tərk edə bilməyəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko danışıb.

“Başa düşmək lazımdır ki, pasportla yanaşı, hərbi qeydiyyat sənədinin də olması zəruridir”, – o bildirib.

Demçenko əlavə edib ki, Sərhəd Xidməti ölkə vətəndaşlarına bütün təfərrüatları izah etmək üçün hökumət fərmanının dərcini gözləyir.

Bir gün əvvəl Ukrayna hökuməti yeni qərara əsasən, 18-22 yaş arası kişilərin ölkəni tərk edə biləcəyini açıqlamışdı.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
globalinfo.az

4Mənbələr