ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
18-22 yaş arası kişilər hərbi qeydiyyat sənədi olmadan Ukraynanı tərk edə bilməyəcəklər.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko danışıb.
“Başa düşmək lazımdır ki, pasportla yanaşı, hərbi qeydiyyat sənədinin də olması zəruridir”, – o bildirib.
Demçenko əlavə edib ki, Sərhəd Xidməti ölkə vətəndaşlarına bütün təfərrüatları izah etmək üçün hökumət fərmanının dərcini gözləyir.
Bir gün əvvəl Ukrayna hökuməti yeni qərara əsasən, 18-22 yaş arası kişilərin ölkəni tərk edə biləcəyini açıqlamışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.