AZ

SON DƏQİQƏ! Hərbi ilə bağlı bu kişilərə şərt qoyuldu

18-22 yaş arası kişilər hərbi qeydiyyat sənədi olmadan Ukraynanı tərk edə bilməyəcəklər.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko danışıb.

“Başa düşmək lazımdır ki, pasportla yanaşı, hərbi qeydiyyat sənədinin də olması zəruridir”, – o bildirib.

Demçenko əlavə edib ki, Sərhəd Xidməti ölkə vətəndaşlarına bütün təfərrüatları izah etmək üçün hökumət fərmanının dərcini gözləyir.

Bir gün əvvəl Ukrayna hökuməti yeni qərara əsasən, 18-22 yaş arası kişilərin ölkəni tərk edə biləcəyini açıqlamışdı.

Seçilən
6
3
konkret.az

4Mənbələr