AZ

Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib  

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin ölkələrimiz arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Seçilən
4
8
azerbaijan-news.az

9Mənbələr