AZ

Azərbaycan Argentina arasında iqtisadi əməkdaşlığın inkişafı dəyərləndirilib

Azərbaycan Argentina arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə Day.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.

Görüşdə ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

İki ölkə arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb.

Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Seçilən
9
8
day.az

9Mənbələr