AZ

Argentinanın investisiya imkanları müzakirə edilib - FOTO

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Ölkələrimiz arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az" 

Seçilən
7
8
cebheinfo.az

9Mənbələr