AZ

“Qarabağ”ın rəqibləri müəyyənləşdi - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir

QOL.az xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanlb. 

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşir. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunur.

Püşkatmada 36 komanda 4 səbətə bölünüb. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.

"Qarabağ"ın rəqibləri

1-ci səbətdən

"Çelsi", İngiltərə (Bakıda)

"Liverpul", İngiıltərə( səfərdə)

2-ci səbətdən

"Benfika"', Portuqaliya (səfərdə)

"Aynttraxt", Almaniya (Bakıda)

3-cü səbətdən

"Ayaks", Niderland (Bakıda)

"Napoli", İtaliya (səfərdə)

4-cü səbətdən

"Atletik", İspaniya (səfərdə)

"Kopenhagen", Danimarka (Bakıda)


***

Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.

Hər səbətdən iki komanda digər səbətlərdəki komandaya rəqib olacaq. Hər səbətdən rəqib olan iki komanda ilə oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.

Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.

Səbətlərin tərkibi

1-ci səbət

PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)

2-c səbət 

Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)

3-cü səbət 

Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa)

4-cü səbət

Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)

Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək.

Seçilən
7
36
teleqraf.com

10Mənbələr