“Qarabağ”ın növbəti rəqibi isə İngiltərənin digər təmsilçisi “Liverpul” olub. Ağdam klubu “Liverpul”la səfərdə oynayacaq.
***
“Qarabağ”ın ilk rəqibi “Çelsi” olub. Bu komandalar arasında görüş Bakıda keçiriləcək.
20:23
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
Manset.az xəbər verir ki, Monakoda təşkil olunan və Bakı vaxtı ilə saat 20:00-da start götürən püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək.
Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ”ı klubun vitse-prezidenti Fevzihan Aras, Baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, digər üzv Asif Əsgərov, Əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, Komunikasiya departmentinin rəhbəri Anar Hacıyev təmsil edir.
Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.
Hər səbətdən iki komanda digər səbətlərdəki komandaya rəqib olacaq. Hər səbətdən rəqib olan iki komanda ilə oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.
Səbətlərin tərkibi
1-ci səbət
PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)
2-c səbət
Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)
3-cü səbət
Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa)
4-cü səbət
Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)
Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək.