ain.az, Qol.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
QOL.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.
Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:
1-ci səbətdən:
"Çelsi", İngiltərə (Bakıda)
"Liverpul", İngiltərə (səfərdə)
2-ci səbətdən:
"Benfika"', Portuqaliya (səfərdə)
"Aynttraxt", Almaniya (Bakıda)
3-cü səbətdən:
"Ayaks", Niderland (Bakıda)
"Napoli", İtaliya (səfərdə)
4-cü səbətdən:
"Atletik", İspaniya (səfərdə)
"Kopenhagen", Danimarka (Bakıda)
Bəs, “Qarabağ”ın oyunlarının təqvimi nə vaxt müəyyənləşəcək? Klubdan QOL.az-a verilən xəbərə görə, tam təqvim avqustun 30-da açıqlanacaq.
Əlavə edək ki, ÇL-də liqa mərhələsində ilk turun matçları sentyabrın 16-18-də, sonuncu turun görüşləri isə 2026-cı ilin yanvarın 28-də keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.