AZ

“Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq?

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib

QOL.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.

Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:

1-ci səbətdən:

"Çelsi", İngiltərə (Bakıda)

"Liverpul", İngiltərə (səfərdə)

2-ci səbətdən:

"Benfika"', Portuqaliya (səfərdə)

"Aynttraxt", Almaniya (Bakıda)

3-cü səbətdən:

"Ayaks", Niderland (Bakıda)

"Napoli", İtaliya (səfərdə)

4-cü səbətdən:

"Atletik", İspaniya (səfərdə)

"Kopenhagen", Danimarka (Bakıda)

Bəs, “Qarabağ”ın oyunlarının təqvimi nə vaxt müəyyənləşəcək? Klubdan QOL.az-a verilən xəbərə görə, tam təqvim avqustun 30-da açıqlanacaq.

Əlavə edək ki, ÇL-də liqa mərhələsində ilk turun matçları sentyabrın 16-18-də, sonuncu turun görüşləri isə 2026-cı ilin yanvarın 28-də keçiriləcək.

Seçilən
28
1
teleqraf.com

10Mənbələr