ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub.
525.az-ın məlumatına görə, "köhlən atlar"ın III səbətdən "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.
Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) klublarına rəqib olub.
xxx
Hazırada Monakoda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində "Qarabağ"ı təmsil edən şəxslər müəyyənləşib.
525.az xəbər verir ki, püşatma mərasimində Ağdam təmsilçisinin vitse-prezidenti Fevzihan Aras, baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, idarə heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, komunikasiya departmentinin rəhbəri Anar Hacıyev iştirak edir.
Qeyd edək ki, "köhlən atlar"ın Liqa mərhələsindəki rəqibləri az sonra bəlli olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.