AZ

Tehran bu ölkələri ittiham etdi: ona tabesiniz

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək mexanizmini işə salmaq istəyinin heç bir hüquqi əsası yoxdur və yalnız Avropa ölkələrinin ABŞ-nin iradəsinə tam tabe olduğunu nümayiş etdirir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Onların BMT Təhlükəsizlik Şurasının İrana dair ləğv edilmiş qətnamələrinin bərpası qərarı hüquqi zərurət və ya sağlam düşüncə ilə izah olunmur. Bu, Marko Rubionun mətbuata verdiyi açıqlamada etiraf etdiyi kimi, onların Amerika Prezidenti Donald Trampa tabe olması deməkdir”, - diplomat qeyd edib.

Bəqayi Trampın fevralın 4-də İrana qarşı maksimum təzyiq siyasəti elan etməsini xatırladıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
34
news24.az

10Mənbələr